Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 29

Su həmən sudu…

Оглавление

Sən hara gedirsən ay keçən günüm,

Söndürüb içimdə alovu-odu,

Ömrümünn üstündən mey içən günüm,

Nəyim var fəxr edəm, olanım budu.


Varmış bu dünyanın min xeyri, şəri,

Gah ağa elədi, gah da sərsəri…

Qatdı cərgəsinə köç edənlərin,

Qalan izlərimi yağışlar yudu.


Nur səpdi çəmənə qara buludlar,

Su içib canlandı saralan otlar.

Bəs niyə Vahidin dizini qatlar,

Boyuma boy verməz, su həmən sudu.


07.10..2018

Gözlərimin işığında. şerlər

Подняться наверх