Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 31
Adİl Şükürova həsr edİrəm
ОглавлениеXəbər gəldi, bahar dönüb dağlara,
Gül bülbülə, bülbül gülə qarışıb.
Xoş sədalar bürüyübdü hər yanı,
Şirin sözlər şirin dilə qarışıb.
Ogul gördüm vallah Sizi hünərdə,
Ad qoydunuz neçə kənddə, şəhərdə…
Bu xəbərdən cuşa gəlib Tərtər də,
Coşqun sellər coşqun selə qarşııb.
Kəlbəcərin şir ürəkli şir oğlu,
Soylu, köklü, səsi, sözü gur oğlu,
Cəsarətdə, nəciblikdə bir oğlu,
Dağ vüqarı düz əmələ qarışıb!
Şan – şöhrətdi elimizə bu zəfər,
Qəlbimizə sevinc doldu Göy qədər…
Yetirəcək yəqin sizə bir səhər,
Təbrikimiz əsən yelə qarışıb.
11.10.,2018
Bakı.