Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 43

Oruc kİşİ

Оглавление

Vahid Çəmənli və Oruc Məmmədov şəhidlərin xatirəsinə ucaldılan bulağın önündə 21.10.2018


Şəhid Şahidin atası Oruc kişiyə həsr olunur

Deyəsən, son vaxtlar kövrək olmusan,

Dolur bulud kimi göz Oruc kişi.

Qocaman tarixi yola salmısan,

Sərtləşib, bozarıb üz Oruc kişi.


Sən şəhid atası, ər oğlu ərsən,

Sinəndə dağ boyda dərd gəzdirirsən.

İçin ağlasa da, üzügülərsən,

Əyilməz bilirəm, diz Oruc kişi.


Gör nələr gətirdi həyat başına?


Gözlərimin işığında. şerlər

Подняться наверх