Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 37
Ad İlə tanıma mənİ, əzİzİm
ОглавлениеAd ilə tanıma məni əzizim,
Aşiqin bir ayrı adımı olur?
Ürəkdən ürəyə axan sözümün,
Söylə, baldan özgə dadımı olur?
Keçirmə ömrünü qəfəs içində,
Çırpınma, boğular nəfəs içində.
Böyüysün, boy atsın həvəs içində,
Həyatın başqa bir odumu olur?
Verdiyin vədləri unutdum çoxdan,
And ilə, amanla çıxma var – yoxdan…
Üzmə ürəyini haqdan, nahaqdan,
Dostların qohumu, yadımı olur?
Sən ayrı aləmsən, mən ayrı aləm,
Özgəsi deyilsən tanıyam, biləm.
Mən eşq yolçusuyam, əlimdə qələm,
Eşqin yolçusunun şadımı olur?
Ay Vahid, adına hörməti saxla,
Dildən pərgarı da hərdənbir yoxla…
İnsandı, səhv edir, çox vurma oxla,
Sən atan oxların badımı olur?
22.10..2018
Ağdam, Çəmənli