Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 38

Sevənin tanışı, bİlİşİ olmur

Оглавление

Özümüz zamanı qarşıdırırıq,

Zamanın bizimlə bir işi olmur…

Şəri insan səpir Yerin üzünə,

Başqa canlıların şər işi olmur.


Gedirik, bilmirik dağdı, dərədi,

Günümüz yüyənsiz, çılğın dəvədi…

Hər an ömrümüzə bir girəvədi,

Əlindən çıxdısa, dönüşü olmur.


Gedir dayanmadan zamanın köçü,

Soruşmur, ay yolçu, nəçisən, nəçi…

Üzündə əks olur hər kəsin içi,

Qəlbi qaraların gülüşü olmur.


Sudan hər kəs bir cür çıxarır çulun,

Xeyir axtarmayın, xeyirxah olun…

Haqq üçün fərqi yox, ağanın, qulun.

Sevənin tanışı, bilişi olmur


29.10.2018

Gözlərimin işığında. şerlər

Подняться наверх