Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 42
Bİr səmər buldumu sərvət adamı?
ОглавлениеSakit Məmmədova həsr olunur
Eşitdim, bazara düşüb güzərin,
Bir işin vardımı, heyrət adamı?
Bahalaşan nədi, ucuzlaşan nə?
Yenə dişləyirmi qiymət adamı!
Aldığın o ətin çıxmaz kababı…
Barı doldurdumu bir piti qabı?
Kişmiş, xurma, nabat, noğul, innabı,
Torbana doldumu, qismət adamı?
Fırlanır, dayanmır fələyin çarxı,
Qum basır çəməni, lil basır arxı..
Köhnə bazarçı da qaldırıb nırxı,
Bir səmər buldumu sərvət adamı?
Getməyə yox para, kafeyə, bara.
Şor – çörək yeməkdən gəlmisən zara…
Götür, söz boğçanı sürü bazara,
Görsün izzətini ləzzət adamı.
Yoxdu bu bazarda şairi sayan,
Köhnə səbətinə çürük qoz qoyan…
Ay Vahid, vaxt gəlib, qəflətdən oyan,
Vallahi, sıxır bu töhmət adamı.
02.10.2018