Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 41

Aşıq Haşım Qubalıya müxəmməs töhvəsİ

Оглавление

Səsin gəlir gah Şabrandan,

Gah da Qubadan ay Aşıq.

Xəbər tutursan hər zaman,

Eldən-obadan, ay Aşıq.

Əhvalımı sormursan heç,

Səhər səbadan, ay Aşıq…

Yeri gəlsə, yapışaram,

dəhrə, yabadan, ay Aşıq!

Nə sazından od tükənsin,

Nə də sobadan, ay Aşıq.


Al əlinə telli sazı,

Dolan meydanda mərdana,

Qoşma, təcnis, gəraylı de,

Ellər desin alqış sana,

Oğul istər sənin kimi,

Söz oxuya yana – yana,

Aşıq yoxdu bu mahalda,

Gələ qarşında dayana,

Sənət sənə əmanətdi,

Dədə babadan, ay Aşıq.


Vahid sənə heyrandı bil,

Nə gizlədim, ta nə danım?

Dinləyəndə gur səsini

Damarımda coşar qanım.

Azərbaycan yurdum mənim,

Xəzər mənim öz ümmanım…

Səhər yol alım Bakıdan,

Gəlim Şabranda dayanım, —

Qonaq olum söz süfrənə,

Evin abadan, ay Aşıq!


31.10.2018

Gözlərimin işığında. şerlər

Подняться наверх