Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 9

Mükafatın yekəsİ

Оглавление

Əgər şair qələm alsa əlinə,

Demək, gəlib sazın, sözün vədəsi.

Nəğmə qoşub bir gözəlin telinə,

Bülbül kimi ötəsidir, ötəsi…


Mənim bağım nə solar, nə talanar!

Sarmaşıqlar sarı – sarı sallanar,

Yar nazlanar, gül bağını dolanar,

Mən olaram doqqazında bitəsi.


Yer böyükdü, hər tərəfdə varam mən,

Atəşəm mən, alovam mən, nuram mən;

Gərək burda elə dəsgah quram mən,

Baxıb yana Amerika qitəsi…


Çağır Vahid, dostlarını danışdır,

Şux misralar taleyinə naxışdır…

Söz bitdimi, qopub gələn alqışdır

Mükafatın ən azmanı, yekəsi…


Gözlərimin işığında. şerlər

Подняться наверх