Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 18
ÇİNGİZ KÜRDƏMİRLİYƏ
ОглавлениеÇingiz Kürdəmirli
Oxudum bir qəliz qıfılbəndini,
Gözümün önünə gəldi kainat.
Xəyalım dolandı səyyarələri,
Axtardım, tapmadım, – oldum narahat.
Yeridim dayazda, üzdüm dərində,
Dolandım yam – yaşıl meşələrində,
Yedim neçə dürlü meyvələrin də,
Qalmadı ağızda, dildə isdahat.
Neçə alimlərin açdım kitabın,
Oxudum, saf – çürük etdim hesabın,
Xəbərin, sifətin, felin, xitabın,
Birində yox idi ona işarat.
Yeddi dəniz keçdim, yeddi dağ aşdım,
Keşişin, mollanın dalınca qaçdım…
Ruhlardan hikmətin sirrin soruşdum,
Hamı bir ağızdan dedi, – «Beşə at»
Dərdimi söylədim farsa, firəngə,
Türk dedi, – Arkadaş, pozuldu dengə…
Rus güldü o qədər, lap gəldim təngə,
Dedi, – Klyanus, ya ne znayu, brat.
Hazarat, tutaq ki, elmim dayazdı,
Bəs yazan bildimi özü nə yazdı?
Məncə, o nədirsə, yekə bir pazdı,
Əlində gicələk qalıb camaat.
Ay Vahid, bəs edər, gəzdin bu qədər,
Qoy səni üzməsin qəm, qüssə, kədər…
Çingiz qardaşımız, özü şərh edər,
Bizim də başımız qalar salamat!
07.11.2018