Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 2
Yoxuşdan qabaq
ОглавлениеHəyatın qaydası, nizamıdır bu,
Dərəyə enərlər yoxuşdan qabaq.
Üzə sığal çəkər cavanlıq çağı,
Parlayar Günəş tək qırışdan qabaq.
Sözə diqqət verir gül də, çiçək də,
Arı da, sərçə də, qara böcək də…
Sevgi yuva qursa gözdə, ürəkdə
Dilə can – can gələr baxışdan qabaq.
İnsan şad olarmı tənha qalanda?
Kədərə bürünər ürək də, can da…
Kim bilir nə olar göylər dolanda,
Vahid, çox gurlama yağışdan qabaq.
18.11.2018
İqdır. Balıq gölü 22 iyun 2014