Читать книгу Gözlərimin işığında. şerlər - Vahid Çəmənli - Страница 20
Bu Vahİddİ, Pərİzadın gədəsİ…
ОглавлениеÇıxıb getdin…
Nisgilin də qoy getsin.
Əvvəl – axır gedəsidir, gedəsi.
Nə sən apar özünlə bir xatirə,
Nə mən olum yollarını güdəsi…
Nə yazdımsa, el oxudu birbəbir,
Söruşdular, demədiyin ad nədir?
Necə deyim, bu vədəsiz sevgidir,
Gözlərimin didəsidir, didəsi…
Aşıq oldum, dərd bağladı ürəyim,
Üçdu qalam, uçdu qürur dirəyim…
Bu yaşımda sevda nəyə gərəyim?
Varlığımın hədəsidir, hədəsi.
Çıxıb getdin…
Alov tutdu sinə, yar,
Bu alovum bir də çətin sönə, yar,
Məzarımı göstərərlər sənə, yar,
Bu Vahiddi, Pərizadın gədəsi…
07.11.2018